04 İyun 2025, 06:45
Cənubi Koreyanın yeni prezidenti məlum oldu
Cənubi Koreyanın yeni prezidenti məlum oldu şəkil
Cənubi Koreyanın yeni prezidenti məlum oldu

İyunun 3-də Cənubi Koreyada keçirilən prezident seçkisində əsas müxalif qüvvə olan Demokratiya partiyasının namizədi Li ce Myun qalib gəlib.

Operativ Media xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) Li Ce Myunun 49,42 faiz səslə Cənubi Koreyanın 21-ci prezidenti seçildiyini açıqlayıb. Onun əsas rəqibi olan mühafizəkar Xalqın Gücü Partiyasının namizədi Kim Mun Su isə səslərin 41,15 faizini toplayıb. MSK artıq yeni prezidentin rəsmən vəzifəsinin icrasına başladığını elan edib.

Qeyd edək ki, sabiq dövlət başçısı Yun Sok Yolun impiçment yolu ilə vəzifədən uzaqlaşdırılmasından sonra iyunun 3-nə prezident seçkiləri təyin olunmuşdu. Seçkidə 6 nəfər mübarizə aparıb. Seçicilərin 79,4 faizi (35,24 milyon nəfər) səsvermədə iştirak edib. Bu, 1997-ci ildən bəri ən yüksək göstəricidir.

Son xəbərlər
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar
XİN: İƏT çərçivəsində Qərbi Azərbaycan İcması ilə bağlı ilk qətnamə qəbul olunub