Menyu

Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub

Nərmin Qocamanlı
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
1 dəq oxu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə prezidentinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan qarşıdakı dövrdə Türkiyə və İran əlaqələrinin institusional çərçivəsini gücləndirəcək addımlar üzərində işləməyə davam etdiklərini bildirib.

Həmçinin, Ərdoğan İran Prezidenti Pezeşkianı Qurban bayramı münasibətilə təbrik edib.

Əlaqəli Xəbərlər