Menyu

Azərbaycan və İran prezidentləri aviasiya əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Əsəd Abbaslı
Azərbaycan və İran prezidentləri aviasiya əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Azərbaycan və İran Prezidentlərinin telefon danışığında Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran istiqamətində təyyarə reyslərinin sayının artırılması müzakirə olunub.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, telefon danışığı əsnasında hazırda iki ölkənin aidiyyəti dövlət qurumlarının Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri zamanı qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi üçün səylərini davam etdirdikləri vurğulanıb.

Səfərin nəticəsi olaraq Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran istiqamətində təyyarə reyslərinin sayının artırılması qeyd edilib, bunun xalqlarımız arasında təmasların artmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 \u0130ran prezidentl\u0259ri aviasiya \u0259laq\u0259l\u0259rinin geni\u015fl\u0259ndirilm\u0259sini m\u00fczakir\u0259 edibl\u0259r"

Əlaqəli Xəbərlər