Menyu

Ağ Ev: Tramp 12 ölkə vətəndaşlarının ABŞ-yə girişini qadağan edəcək

Əziz Əzizli
Ağ Ev: Tramp 12 ölkə vətəndaşlarının ABŞ-yə girişini qadağan edəcək

Amerika prezidenti Donald Tramp iyunun 9-dan etibarən 12 ölkə vətəndaşlarının ABŞ-yə girişini qadağan edib və daha 7 ölkənin sakinlərinə qismən məhdudiyyətlər qoyub.

Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin yaydığı prezident bəyannaməsinin mətnində deyilir.

Ümumi qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək. Məhdudiyyətlər iyunun 9-da  qüvvəyə minəcək.

Bundan əlavə, Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşları üçün qismən məhdudiyyətlər tətbiq olunacaq. Məhdudiyyətlər bu ölkələrin hər biri üçün müəyyən viza növlərinə şamil ediləcək.

Sənəddə qeyd olunur ki, bu fərman qüvvəyə minənədək verilmiş vizalar qüvvədə qalacaq

Teqlər:

"A\u011f Ev: Tramp 12 \u00f6lk\u0259 v\u0259t\u0259nda\u015flar\u0131n\u0131n AB\u015e-y\u0259 giri\u015fini qada\u011fan ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər