Menyu

Uşaqları günvurmadan necə qorumaq olar?

Uşaqları günvurmadan necə qorumaq olar?

Yay aylarında havaların həddindən artıq isti keçməsi insan sağlamlığına mənfi təsir edə bilər. Bu təsirlərdən biri də günvurma, yəni günəşin birbaşa və uzun müddətli təsirindən yaranan vəziyyətdir. Xüsusilə uşaqlar bu cür hallara daha həssasdırlar.

Uşaqlarda günvurma hallarında hansı simptomlar müşahidə olunur?

Mövzu ilə bağlı pediatr Şəlalə Poluxova Operativ Media-ya açıqlama verib:

"Xüsusilə yay aylarında uşaqlarda günvurma halları ciddi problemlərə səbəb olacaq qədər çox rast gəlinir. Və uşaqlarda bədən temperaruturunun tənzimlənməsi böyüklərə nisbətən daha zəifdir. Bu da onlarda istiliyə daha həssas olmasına gətirib çıxardır.

Uşaqlarda günvurmanın simptomları 2 böyük qrupa bölünür. Birinci və ikinci mərhələ olaraq gedir. 

Birinci mərhələdə günvurma simptomları:

- yorğunluq-bitkinlik;

- dəri rəngi solur;

- yüngül qızdırma;

- ürək bulanma, qusma;

- ishal və s.

Əgər bu simptomlar müşahidə olunarsa uşağı sərin yerə aparmaq, ayaqlarını qaldıraraq uzatmaq və maye qəbul etdirmək lazımdır.

Birinci mərhələdə olan simptomların qarşısı alınmasa daha ciddi simptomlar müşahidə olunmağa başlayır:

İkinci mərhələdə günvurmanın simptomları isə bunlardır:

- Quru və solğun dəri;

- Bədən hərarəti artır;

- Ürək döyüntüsü artır;

- İştahsızlıq;

- Ürək bulanma və qusma;

- Baş ağrısı;

- Şüurun pozulması;

- Ətraf mühitə reaksiya olmur və s.

Hətta günvurma ölüm riskinə belə gətirib çıxarda bilər. Bu simptomları müşahidə etdikdə dərhal təcili tibbi yardım çağırılmalıdır".

Günvurmadan uşaqları qorumağın yollarını həkim belə izah edib:

- Uşaqlara maye qəbulu artırılmalı;

- Uyğun geyim seçilməlidir;

- Günün isti saatlarında az vaxt keçirilməli və ya məhdudlaşdırılmalıdır;

- Günəşdən qoruyucu vasitələrdən mütəmadi istifadə edilməlidir.

Teqlər:

"U\u015faqlar\u0131 g\u00fcnvurmadan nec\u0259 qorumaq olar?"

Əlaqəli Xəbərlər