05 İyun 2025, 19:01
Azərbaycan BMT-Turizmin İcraiyyə Şurasına üzv seçilib
Azərbaycan BMT-Turizmin İcraiyyə Şurasına üzv seçilib şəkil
Azərbaycan BMT-Turizmin İcraiyyə Şurasına üzv seçilib

BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının (CEU) Bakı şəhərində keçirilən 71-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası bir daha təşkilatın İcraiyyə Şurasının 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib.

Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Seçkilər yüksək rəqabət şəraitində keçirilib. BMT Turizmin İcraiyyə Şurasında Avropa regionu üçün ayrılmış 5 yer uğrunda ölkəmizlə birgə 9 namizəd ölkə mübarizə aparıb. Azərbaycan Respublikası səsvermənin ilk mərhələsində iştirak edən üzv ölkələrin əksəriyyətinin səsini toplayaraq Şuraya seçilib.

BMT-Turizmin İcraiyyə Şurası 35 üzv ölkədən ibarət təşkilatın əsas idarəedici orqanıdır. Şura bir çox məsələlərlə yanaşı təşkilatın Baş katibinin seçilməsi, strategiya və planlarının həyata keçirilməsi, funksionallığının və qərarlarının icrasının təmin edilməsi kimi əhəmiyyətli istiqamətlərə məsuldur.

Son xəbərlər
"Şamaxı" Cəlal Hüseynovu yola saldı
Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib
Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiyinə dair məlumatlar həqiqətə uyğun deyil - AÇIQLAMA
İsrail İranın Şiraz şəhərini bombalayıb
İsrail İranın Natanz nüvə obyektinə hücuma başlayıb
TikTok-da yaşlı insanlarla bağlı etik sərhədlər aşılır – Sosioloq
Azərbaycan və BƏƏ sənaye sahəsində əməkdaşlığı müzakirə edib
HƏMAS: İsrailin İrana hücumu regional partlayışa səbəb ola biləcək təhlükəli hadisədir