
Bir çox insan çamaşır yuyucu vasitələri seçərkən onların effektivliyinə diqqət yetirir, lakin tərkibindəki kimyəvi maddələrin sağlamlığımıza necə təsir etdiyini nadir hallarda düşünür.
Əslində bəzi yuyucu vasitələrin tərkibindəki aqressiv komponentlər dəri vasitəsilə orqanizmə mənfi təsir göstərə bilər.
Operativ Media yuyucu vasitələrə qarşı allergiyanın səbəbləri, ilkin əlamətləri və qarşısının alınması yollarını təqdim edir:
Çamaşır yuyucu vasitəyə allergiya özünü necə göstərir?
Tərkibində güclü kimyəvi maddələr olan yuyucu vasitələr dəridə qaşınma və qıcıqlanma yarada bilər. Bu məhsullar çox yüksək səviyyədə səthi aktiv maddələr (surfactants) ehtiva edirlər. Bundan əlavə onların tərkibində çox miqdarda fosfatlar, ağardıcı komponentlər və süni ətirlər mövcuddur. Həddindən artıq miqdarda yuyucu toz istifadə edildikdə və ya paltar yaxşıca yaxalanmadıqda vəziyyət daha da pisləşir.
Aşağıdakı əlamətlər yuyucu vasitəyə qarşı allergiyanı göstərə bilər:
-
Dərinin quruması, şişməsi və çatlaması;
-
Səthdə töküntü və qırmızı ləkələrin yaranması;
-
Kiçik, maye ilə dolu kabarcıqların (iltihablı deyil, lakin partladıqda güclü qaşınma ilə müşayiət olunan) meydana gəlməsi;
-
Göz qapaqlarının şişməsi, gözlərin qızarması, sulanması və qaşınması;
-
Bəzi hallarda allergik öskürək və tənəffüs çətinlikləri;
-
Burun axıntısı və ya burun tıxanıqlığı.
Tozun tərkibindəki aktiv maddələr paltardan dəriyə keçərək, dərinin təbii yağ baryerini poza bilər. Fosfatlar isə dərinin ətraf mühitlə turşu-qələvi balansını pozur nəticədə qaşınma, səpgi və qızartı yaranır. Tərkibində süni ətirlər olan yuyucu vasitələr tənəffüs problemlərinə də səbəb ola bilər. Dərinin nə qədər həssas olması, allergik reaksiyanın gücünü bir o qədər artırır.
Allergiyanın səbəbi yuyucu vasitədirsə nə etməli?
Bu halda tərkibinə xüsusi diqqət yetirilərək yeni bir vasitə seçmək lazımdır:
-
Səthi aktiv maddənin tərkibi 15%-dən çox olmamalıdır;
-
Uşaqlar üçün nəzərdə tutulmuş yuyucu vasitələrə keçmək məsləhətdir, çünki onların tərkibində adətən ətir olmur;
-
Paltarlar yaxşıca yaxalanmalıdır, çünki tozun qalığı dəridə qıcıqlanmalara səbəb ola bilər.