06 İyun 2025, 17:16
"Paşinyanla Putin arasında heç bir problem yoxdur"

"Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında konstruktiv münasibətləri davam edir və onların aralarında heç bir problem yoxdur".
Operativ Media xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko jurnalistlərə açıqlamasında bildirib.
"Paşinyan prezidentimizə salamlarını çatdırdı və xüsusi olaraq vurğuladı ki, Putinlə mənalı münasibətləri olub və davam edir, onun prezidentlə münasibətlərində heç bir problem yoxdur", - Matvienko bildirib.