14 Fevral 2023, 12:31
İsrail XİN: İsrail Türkiyə uçuşları bərpa edir

İki gün ərzində İsrail və Türkiyə arasında uçuşlar bərpa olunacaq.
"Operativ Media" xəbər verir ki, bunu Ankarada səfərdə olan İsrailin xarici işlər naziri Eli Kohen türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, iki gün ərzində İsrail və Türkiyə arasında uçuşlar bərpa olunacaq. "Bizim əsas iki hava yolu şirkətimiz artıq Türkiyəyə uçuşlara başlayacaq", - Kohen bildirib.