07 İyun 2025, 19:26
Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib şəkil
Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib

İyunun 6-da Praqa şəhərində Azərbaycan Respublikası və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Çex Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yan Maryan rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, davamlı siyasi dialoqun təşviqi məqsədilə qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində təmasların önəmi vurğulanıb.

İqtisadi sahədə əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, habelə enerji, nəqliyyat, yüksək texnologiyalar kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Azərbaycanın təşəbbüskarı və fəal tərəfdaşı olduğu mühüm nəqliyyat layihələri, o cümlədən Orta Dəhliz təşəbbüsü çərçivəsində ölkəmizin strateji rolu yüksək qiymətləndirilib.

Son xəbərlər
AZAL daha bir neçə istiqamət üzrə reysləri ləğv edib
PSJ xüsusi formasını təqdim edib
İsrail Qərbi İranın şəhərlərinə zərbələr endirib
"Şamaxı" Cəlal Hüseynovu yola saldı
Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib
Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiyinə dair məlumatlar həqiqətə uyğun deyil - AÇIQLAMA
İsrail İranın Şiraz şəhərini bombalayıb
İsrail İranın Natanz nüvə obyektinə hücuma başlayıb