Menyu

Azərbaycanın Türkiyəyə göndərdiyi yardımların həcmi açıqlanıb

Redaksiya
Azərbaycanın Türkiyəyə göndərdiyi yardımların həcmi açıqlanıb

Bu günədək Azərbaycandan zəlzəzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5 624 çadır çatdırılıb. Bunların bir qismi 30 nəfərlik çadırlardır. Bundan başqa, 401 ton tibbi ləvazimat, 1200-dən çox genarator, 6240 ədəd qızıdırıcı, 737 ton qida məhsulları göndərilib. Bu gün hər bir corab, papaq da önəmlidir. 

"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib.

C.Bağçı həmçinin Türkiyədə zəlzələ bölgəsində zəzərçəkənlərə yardım etmək istəyənlərə bir daha müraciət edib: "Yardım etmək istəyənlərdən artıq geyim göndərməmələrini xahiş edirəm. Çünki çox sayda geyim yığılıb və hazırda onların paylanılmasına başlanılıb. Yardım etmək istəyənlər daha çox çadır və generatorlar göndərə bilərlər”.

Teqlər:

"Azərbaycanın Türkiyəyə göndərdiyi yardımların həcmi açıqlanıb"

Əlaqəli Xəbərlər