Menyu

Eduard Akopyan: Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün senarilərə hazırdır

Əsəd Abbaslı
Eduard Akopyan: Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün senarilərə hazırdır

Ermənistan Dövlət Gəlirlər Komitəsi (DGK) Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün senarilərə hazırdır.

Operativ Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə DGK sədri Eduard Akopyan parlamentdə jurnalistlərə bildirib.

"Bizim vəzifəmiz istənilən ssenaridə gömrük nəzarətini təşkil etməkdir. Əgər biz blokadanın aradan qaldırılması və sərhədlərin açılmasından danışırıqsa, sadəcə buna hazır olmaq lazımdır. Biz hazırıq, çünki məsələn, müvafiq avadanlıq və mexanizmlərlə təchiz edilmiş "Marqara" məntəqəmiz var ki, bu da istənilən ssenariyə uyğunlaşmağa və gömrük nəzarətini həyata keçirməyə imkan verir", - o qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər