ABŞ və Çin iyunun 10-da Londonda ticarət danışıqlarını davam etdirəcək
Əziz Əzizli
ABŞ və Çin nümayəndə heyətləri iyunun 10-da Böyük Britaniyanın paytaxtında ticarət danışıqlarını davam etdirəcəklər.
Operativ Media xəbər verir ki, Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iyunun 9-da keçirilən müzakirələr altı saatdan çox davam edib və danışıqlar iyunun 10-da yerli vaxtla saat 10:00-da yenidən başlanacaq.
"Bloomberg"in qeyd etdiyinə görə, ABŞ-nin maliyyə naziri Skott Bessent iyunun 9-da keçirilən iclası “yaxşı”, ticarət naziri Hovard Lutnik isə müzakirələri “məhsuldar” kimi qiymətləndirib. ABŞ nümayəndə heyətinə Bessent və Lutniklə yanaşı, ABŞ-nin ticarət nümayəndəsi Cemison Qriyer də daxildir. Çin tərəfini isə Çin Xalq Respublikasının Dövlət Şurası sədrinin müavini Xe Lifenq təmsil edir. Agentliyin məlumatına əsasən, danışıqların ilk günündən sonra o, mətbuata heç bir açıqlama verməyib.
Teqlər:
"AB\u015e v\u0259 \u00c7in iyunun 10-da Londonda ticar\u0259t dan\u0131\u015f\u0131qlar\u0131n\u0131 davam etdir\u0259c\u0259k"