10 İyun 2025, 07:05
Tramp: İsrail İranla danışıqlar aparmalıdır
Tramp: İsrail İranla danışıqlar aparmalıdır şəkil
Tramp: İsrail İranla danışıqlar aparmalıdır

Trampla İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Operativ Media xəbər verir ki, o, bu barədə mətbuat nümayəndələrinə məlumat verib.

Netanyahu ilə bir çox mövzunu müzakirə etdiyini bildirən Tramp, İran məsələsində də danışıqlar yolunu təklif etdiyini deyib və belə bildirib:

“Dedim ki, İranla danışıqlar aparmalısan. Belə etsən, daha yaxşı ola bilərsən. Bu, sənə verə biləcəyim günün ideyası ola bilər. Haydı, qalx və danışıqlar apar".

Tramp, dağıntı və ölüm olmayacaq bir razılaşma əldə etməyə çalışdıqlarını qeyd edərək, “Bunu onlara da dedim. Ümid edirəm ki, bu yol nəticə verəcək, amma verməyə də bilər – tezliklə görəcəyik,” – deyə əlavə edib.

ABŞ-nin mayın 12-də İranla görüş keçirəcəyini bildirən Tramp “O vaxta qədər gözləyəcəyik. Onlar geri çəkilmək istəmirlər. Amma geri çəkilməli olduqları məsələ uranın zənginləşdirilməsidir. Biz isə tam əksini istəyirik", – deyə bildirib.

Tramp, İranın danışıqlarda hələ ABŞ-nin istədiyi nöqtədə olmadığını vurğulayaraq əlavə edib: “Bunu deməkdən xoşum gəlmir, çünki alternativi çox pisdir və onlar hələ orada deyillər. Onlar bizə razılaşma ilə bağlı düşüncələrini bildirdilər. Mən isə dedim ki, bu, qəbuledilən deyil".

Son xəbərlər
Avstraliya Aİ ilə müdafiə və təhlükəsizlik sazişi imzalayacaq
KİV: ABŞ 24-48 saat ərzində İranla hərbi əməliyyata girə bilər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir