Menyu

İran ilə ABŞ arasında növbəti görüşün vaxtı bəlli oldu

Əziz Əzizli
İran ilə ABŞ arasında növbəti görüşün vaxtı bəlli oldu
1 dəq oxu

İran və ABŞ arasında nüvə danışıqlarının altıncı raundunun iyunun 15-də Omanın paytaxtı Maskatda keçiriləcəyi açıqlanıb.

Operativ Media xəbər verir ki, bu barədə İran XİN sözçüsü İsmail Bekayi açıqlama verib.

O, məsələ ilə bağlı açıqlamasında "İran-ABŞ dolayı danışıqların növbəti raundunun iyunun 15-də Maskatda keçirilməsi planlaşdırılır", - deyə bildirib.

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra verdiyi açıqlamada İranla danışıqların iyunun 12-də keçiriləcəyini açıqlayıb.

Əlaqəli Xəbərlər