Menyu

Türk dövlətlərinin bank aktivləri rekord həddə çatdı

Əziz Əzizli
Türk dövlətlərinin bank aktivləri rekord həddə çatdı

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyə və Şimali Kiprin bank sektorlarının ümumi aktivləri 1 trilyon 364 milyard ABŞ dollarına çatır.

Operativ Media xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumunda bildirib.

O, qeyd edib ki, bu, ötən ilin sonu ilə müqayisədə 15,1 % artım deməkdir.

"Türk dövlətləri arasında bank əməkdaşlığı daha da güclənməkdədir. Trans-Xəzər qaz boru kəməri üzrə xərclərin optimallaşdırılması bu layihənin maya dəyərini potensial olaraq 40 % azalda bilər. Bu isə banklarımız üçün layihə maliyyələşdirilməsində uzunmüddətli alətlərə olan tələbi artırır”, - deyə Z.Nuriyev əlavə edib.

Teqlər:

"T\u00fcrk d\u00f6vl\u0259tl\u0259rinin bank aktivl\u0259ri rekord h\u0259dd\u0259 \u00e7atd\u0131"

Əlaqəli Xəbərlər