Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin xarici işlər naziri Eli Koheni qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail XİN başçısı tviterdə bildirib.
Məlumata görə, görüşdə Qəzza zolağında vəziyyət, HƏMAS-ın əlində olan İsrail əsgərinin meyitinin qaytarılması və İranın nüvə proqramına dair məsələlər müzakirə olunub.