10 İyun 2025, 18:19
Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb şəkil
Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

Özbəkistan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 10-da bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Bu barədə Operativ Media-ya Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb.

Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, əlaqələrin müttəfiqlik səviyyəsinə çatmasının əhəmiyyəti vurğulanıb.

İkitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran bir çox sahələrdə inkişaf perspektivləri müzakirə edilib.

Ə.Əsədov Özbəkistan yığmasının tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanması münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib.

Son xəbərlər
İDF: Bütün İran pilotsuz təyyarələri İsrail sərhədləri xaricində məhv edilib
XİN ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb
Cüdo üzrə dünya çempionatının ilk günündə 3 Azərbaycan cüdoçusu mübarizə aparacaq
İsrail Hərbi Hava Qüvvələri Natanzdakı nüvə obyektini tamamilə dağıdılıb
Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edib
Misir hava limanlarını yüksək hazırlıq vəziyyətinə gətirilib
Cənubi Kipr Rum Administrasiyası ilə İsrail arasında uçuşlar dayandırılıb
Rəsmi Ankara İsrailin İrana endirdiyi zərbələri pisləyib