11 İyun 2025, 12:05
Si Cinpin Qazaxıstana səfər edəcək
Si Cinpin Qazaxıstana səfər edəcək şəkil
Si Cinpin Qazaxıstana səfər edəcək

Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iyunun 16-17-də Astanada səfərdə olacaq.

Operativ Media Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, səfər əsnasında yüksək səviyyədə keçiriləcək görüşdə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.

Çin liderinin səfəri çərçivəsində iyunun 17-də Astanada region ölkələri dövlət başçılarının iştirakı ilə ikinci “Mərkəzi Asiya-Çin” Zirvə görüşünün keçirilməsi də planlaşdırılır.

Son xəbərlər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb