KİV: İran ordusu İsrailin mümkün hücumuna cavab olaraq əks-hücum planı hazırlayıb
Əziz Əzizli
İran ordusu və hökumət rəsmiləri İsrailin hücumu halında cavab tədbirlərini müzakirə ediblər.
Operativ Media xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İslam Respublikası yüzlərlə ballistik raketdən istifadə etməklə Yəhudi dövlətinin ərazisinə dərhal əks-hücum nəzərdə tutan cavab planı hazırlayıb.
CBS-in daha əvvəl verdiyi məlumata əsasən, ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyata başlamağa hazır olması barədə xəbər alıblar. “Axios” saytının məlumatına görə isə ABŞ prezidenti Donald Tramp iyunun 9-da telefon danışığında İsrailin baş naziri Benyamin Netanyahuya belə bir addım atmaması barədə xəbərdarlıq edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net