http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Prezident: Aİ-nin Azərbaycana missiya göndərmək cəhdləri bizim tərəfimizdən qətiyyətlə rədd edildi

14 Oktyabr 2022 , 15:09
Prezident: Aİ-nin Azərbaycana missiya göndərmək cəhdləri bizim tərəfimizdən qətiyyətlə rədd edildi

Oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu.

"Operativ Media" xəbər verir ki, bunu Prezident İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

“Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib”, - dövlət başçısı bildirib.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov və Qətərin yeni səfiri arasında bölgədə mövcud vəziyyət müzakirə  edilib

Ceyhun Bayramov və Qətərin yeni səfiri arasında bölgədə mövcud vəziyyət müzakirə edilib

Britaniya, Fransa, Niderland və Almaniya səfirləri İran XİN-nə çağırılıb

Britaniya, Fransa, Niderland və Almaniya səfirləri İran XİN-nə çağırılıb

Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:18

    Gürcüstan parlamentinin sədri: İstənilən xarici müdaxilənin qarşısı alınacaq
  • Dünən
    22:56

    Paşinyan Blinkenlə sülh prosesini müzakirə edib
  • Dünən
    22:32

    Taxıl daşıyan gəmidə partlayış baş verib
  • Dünən
    22:12

    Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
  • Dünən
    21:41

    Ukraynalı ekspert Rusiyanın Kursk bölgəsini geri almaq üçün nə qədər qoşun topladığını bildirib
  • Dünən
    21:19

    Bayden Ukraynanın Rusiyaya Fırtına Kölgəsi raketləri atmağına icazə verəcək
  • Dünən
    21:03

    Bakıda qəza sıxlığa səbəb olub
  • Dünən
    20:59

    Putin: Qərbin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişir
Menyu