Menyu

Çin Milli Audit Ofisinin nümayəndə heyəti Bakıya səfər edib

Əziz Əzizli
Çin Milli Audit Ofisinin nümayəndə heyəti Bakıya səfər edib

Hesablama Palatası ilə Çin Milli Audit Ofisi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində nəzərdə tutulan bir sıra fəaliyyətlərin icrası məqsədilə Çin nümayəndə heyəti Bakı şəhərinə səfər edib.

Operativ Media bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, nümayəndə heyətini qurumun sədr müavini Nəsir Sadıqov qəbul edib. O, səfər çərçivəsində təqdim olunacaq mövzuların Palata əməkdaşları üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Çin Milli Audit Ofisinin İctimai Məsələlərin Auditi Bürosunun baş direktoru Jiang Yueşan isə iki qurum arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Daha sonra hər iki tərəfin nümayəndələri müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər. Çin Milli Audit Ofisi xüsusi audit, o cümlədən büdcə auditi, Çində antikorrupsiya auditinə dair praktiki təcrübə, eləcə də suyun axın istiqamətinin dəyişdirilməsi və transferi üzrə əsas layihələrin auditi barədə məlumat verib.

Hesablama Palatasının nümayəndə heyəti isə dövlət büdcəsinin icrasına dair rəy və investisiya layihələrinin auditi barədə təqdimat edib.

Tədbir hər iki tərəfi maraqlandıran məsələlər üzrə fikir mübadiləsi və sualların cavablandırılması ilə yekunlaşıb.

Teqlər:

"\u00c7in Milli Audit Ofisinin n\u00fcmay\u0259nd\u0259 hey\u0259ti Bak\u0131ya s\u0259f\u0259r edib"

Fotogalereya

Əlaqəli Xəbərlər