Menyu

İran XİN: İsrailin zərbələri ABŞ-nin məlumatı və koordinasiyası olmadan həyata keçirilə bilməzdi

Əziz Əzizli
İran XİN: İsrailin zərbələri ABŞ-nin məlumatı və koordinasiyası olmadan həyata keçirilə bilməzdi

İsrailin İrana endirdiyi zərbələr ABŞ-nin xəbəri və koordinasiyası olmadan həyata keçirilə bilməzdi.

Operativ Media xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin dərc olunmuş bəyanatında qeyd olunur.

Bəyanatda bildirilir: “İsrailin İrana qarşı təcavüzkar hərəkətləri ABŞ-nin koordinasiyası və icazəsi olmadan baş verə bilməzdi. Bu səbəbdən, həmin rejimin əsas dəstəkçisi olan ABŞ hökuməti də bu avantüranın təhlükəli nəticələrinə görə məsuliyyət daşıyacaq.”

İranın Xarici İşlər Nazirliyi BMT Nizamnaməsinin müddəalarına əsaslanaraq, İranın İsrailə “cavab vermək hüququnu” “respublikanın silahlı qüvvələri tərəfindən müəyyən olunmuş qaydada həyata keçiriləcək qanuni haqq” kimi qiymətləndirib.

Qeyd edək ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramına qarşı yönəlmiş “Rising Lion” əməliyyatının başladığını elan edib. İsrailin müdafiə naziri İsrael Katz isə bu əməliyyatı “qabaqlayıcı zərbə” adlandırıb və vətəndaşları Tehranın mümkün cavab hücumu barədə xəbərdar edib.

Teqlər:

"\u0130ran X\u0130N: \u0130srailin z\u0259rb\u0259l\u0259ri AB\u015e-nin m\u0259lumat\u0131 v\u0259 koordinasiyas\u0131 olmadan h\u0259yata ke\u00e7iril\u0259 bilm\u0259zdi"

Əlaqəli Xəbərlər