13 İyun 2025, 10:15
Şəkərli diabet riskini artıran qidalar hansılardır?
Şəkərli diabet riskini artıran qidalar hansılardır? şəkil
Şəkərli diabet riskini artıran qidalar hansılardır?

Diabet son zamanlar geniş yayılmış və ciddi xəstəliklərdən biridir. Onun yaranmasında bir sıra genetik və həyat tərzi faktorları rol oynasa da, əsas səbəblərdən biri düzgün olmayan qidalanmadır.

Şəkərli diabet riskini artıran qidalar hansılardır?

Mövzu ilə bağlı qida eksperti Asim Vəliyev Operativ Media-ya açıqlama verib:

“Şəkərli diabet bir çox faktorların nəticəsi ola bilər. Amma qidalanma tərzi burada böyük rol oynayır. Bu xəstəliyi birbaşa yaradan konkret bir qida yoxdur. Bəzi qidalar diabet riskini artırır və bu risk uzun müddət ərzində yanlış qidalanma nəticəsində yaranır. 

Şəkərli və rəngli qazlı içkilər, enerji içkiləri, buzlu çaylar, hazır meyvə şirələri kimi içkilərdə çox miqdarda şəkər var. Bu içkilər qan şəkərini sürətlə yüksəldir və insulinə ehtiyacı artırır. 

Ağ undan hazırlanan un məmulatları olan çörək, bulka, peçenye, makaron və digərləri orqanizmdə sürətlə şəkərə çevrilir. Həm qanda şəkəri artırır, həm də tez-tez acma hissi yaradır. Bu da çox yeməyə və çəki artımına səbəb olur.

Hazır pizzalar, çipslər, konservlər və fast-food qidaların tərkibində həm gizli şəkər, həm də trans yağlar və duz olur. Bu təkcə şəkər balansını pozmur, həm də orqanizmi yorur və insulin müqavimətini artırır.
Tortlar, şokoladlar, konfetlər, dondurmalar və digər desertlər tərkibində çox şəkər və bəzən zərərli yağlar daşıyır. Arada yemək olar, amma tez-tez istehlak olunması risklidir. 

Bu riskdən uzaq olmaq üçün təbii, az işlənmiş qidalar yeməliyik. Məsələn, tam buğda çörəyi, meyvə, tərəvəz, paxlalılar, yumurta, balıq kimi qidalar normasında faydalı olar. 
Çayı, qəhvəni çalışaq ki, az şəkərlə içək. Etiketlərdə “şəkərsiz” yazılsa da, tərkibində başqa adlarla gizlədilmiş şəkər ola bilər. Məsələn qlükoza, fruktoza, maltoza, sirop və s.
Həmçinin qidalanma ilə yanaşı fiziki aktivlik də vacibdir”.

Son xəbərlər
ABŞ-də qızılcaya yoluxanların sayı artıb
“Qarabağ”ın ÇL-dəki potensial rəqiblərinin ilk oyunu keçirilib
ABŞ BMT-nin Fələstin üzrə xüsusi məruzəçisinə sanksiya tətbiq edib
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salınıb - YENİLƏNİB
10 israilli girov azad ediləcək
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi tədarük edə bilər
Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb
Rusiya XİN müavini işdən çıxarılıb