13 İyun 2025, 10:39
BƏƏ İsrailin İrana hücumunu pisləyib

BƏƏ İsrailin İrana hücumunu pisləyib və münaqişə tərəflərini daha da gərginliyin qarşısını almaq üçün təmkinli olmağa çağırıb.
Operativ Media xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
"Birləşmiş Ərəb Əmirlikləri İsrailin İran İslam Respublikasına hərbi hücumunu ən kəskin şəkildə pisləyir, davam edən eskalasiya və bunun regionda təhlükəsizlik və sabitlik üçün təsirlərindən dərin narahatlığını ifadə edir. Xarici İşlər Nazirliyi münaqişənin genişlənməsi risklərinin qarşısını almaq üçün maksimum təmkin nümayiş etdirməyin vacibliyini vurğulayır".