Menyu

Rəsmi Ankara İsrailin İrana endirdiyi zərbələri pisləyib

Nərmin Qocamanlı
Rəsmi Ankara İsrailin İrana endirdiyi zərbələri pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İrana endirdiyi zərbələri pisləyib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə XİN-nin yaydığı bəyanatda deyilir:

"Biz İsrailin İrana hava hücumlarını ən sərt şəkildə qınayırıq.

Beynəlxalq hüququ açıq şəkildə pozan bu hücum İsrailin regionda strateji sabitliyi pozma siyasətinə xidmət edən bir təxribatdır.

Hücumların İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi bir vaxtda baş verməsi onu göstərir ki, Netanyahu hökuməti heç bir məsələnin diplomatik yollarla həllini istəmir və öz maraqlarına uyğun olaraq regional sabitliyi və qlobal sülhü riskə atmaqdan çəkinmir.

İsrail daha böyük münaqişələrə səbəb ola biləcək təcavüzkar hərəkətlərinə dərhal son qoymalıdır.

Bir daha bildiririk ki, Yaxın Şərqdə daha çox qan və dağıntı görmək istəmirik.

Biz beynəlxalq ictimaiyyəti müharibənin yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər