Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hücumlarını qınayıb.
Operativ Media xəbər verir ki, bu barədə Ərdoğanın "X" sosial şəbəkə hesabında paylaşım edilib.
“Türkiyə olaraq qonşumuz İranı hədəf alan hücumları lənətləyir, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyir, dost və qardaş İran xalqına başsağlığı veririk", - paylaşımda qeyd olunub.