Azərbaycan İranla bağlı iddiaları qətiyyətlə rədd edir

Əsəd Abbaslı
Azərbaycan İranla bağlı iddiaları qətiyyətlə rədd edir

Bəzi media qurumları və sosial media hesablarında Azərbaycanın guya etnik azərbaycanlıları İsrail adından İrana agent kimi göndərməsi ilə bağlı yayılan iddialar qətiyyətlə təkzib olunub.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev paylaşım edib.

"Son zamanlar bəzi media və sosial media hesablarında tamamilə əsassız və uydurma iddialar yayılıb ki, guya Azərbaycan etnik azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adından İrana yerləşdirir. Bu cür absurd və fantaziyaya əsaslanan iddiaların reallıqla heç bir əlaqəsi yoxdur və qəsdən dezinformasiyadan başqa bir şey təşkil etmir. Bu cür saxta xəbərləri və əsassız ittihamları qəti şəkildə rədd edirik."

Digər xəbərlər