Menyu

Nigeriyada difteriya epidemiyasına görə 40 nəfər həyatını itirib

Nərmin Qocamanlı
Nigeriyada difteriya epidemiyasına görə 40 nəfər həyatını itirib

Qərbi Afrika ölkələrindən olan Nigeriyada difteriya epidemiyasında həyatını itirənlərin sayı 40-a yüksəlib.

"Operativ Media" xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) məlumatına görə, difteriya epidemiyası 2022-ci ilin dekabrından ölkənin 5 ştatında yayılıb.

Həmin müddət ərzində ştatlarda 523 şübhəli difteriya hadisəsi olub və 216-nın testi müsbət çıxıb.

Qeyd edək ki, difteriya "Corynebacterium Diphteria" bakteriyaları tərəfindən törədilən infeksion xəstəlikdir və əsasən döş qəfəsi və yuxarı tənəffüs yollarını zədələyir. Bu bakteriya həmçinin digər orqanları zədələmə funksiyası olan toksin istehsal edir. Bu xəstəlik kəskin gedişi ilə xarakterizə olunur və əsas əlamətləri boğazda ağrı, az miqdarda temperature yüksəlməsi, boğazda badamcıqların şişməsindən ibarətdir. Difteriya toksini bəzi ağır hallarda hətta miokarditlərə və periferik neyropatiyalara səbəb oa bilər. Difteriya toksini boğazda və badamcıqların üzərində ölü toxumadan ibarət təbəqə əmələ gətirir və bunula da nəfəsalmanı və qidanın udulması prosesini çətinləşdirir. Bu xəstəlik birbaşa fiziki kontakt yolu ilə və ya xəstə insanların öskürməsi və ya asqırması nəticəsində əmələ gələn aerosol formalı sekresiyanın udulması zamanı insandan insana keçə bilir.

 

Teqlər:

"Nigeriyada difteriya epidemiyasına görə 40 nəfər həyatını itirib"

Əlaqəli Xəbərlər