Azərbaycan sərhədçilərinin qardaş münasibəti bizi çox təsirləndirdi - FOTO
Əsəd Abbaslı
İrandan Azərbaycana quru yolla keçən Qırğızıstan vətəndaşları Astara sərhəd-keçid məntəqəsində səmimi qarşılanıb.
Operativ Media xəbər verir ki, onlardan biri Azərbaycan sərhədçilərinə minnətdarlıq edərək göstərilən isti münasibəti xüsusi vurğulayıb.
“Əvvəlcə, bizi səmimi şəkildə qarşılayan Azərbaycan Respublikası Sərhəd Xidmətinə dərin təşəkkürümü bildirirəm. Qardaş münasibəti hiss olunurdu. Dövlət sərhədini keçdiyimiz andan etibarən dəstək və qayğı hiss etdik. Bu, bizi çox təsirləndirdi.” – deyə o, bildirib.
Qeyd edək ki, görülən müvafiq tədbirlər nəticəsində, 28 Qırğızıstan vətəndaşının İrandan Azərbaycana quru yolla keçidi təmin olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net