http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 11 ° C

Azərbaycan XİN-nin hesabatı BMT sənədi kimi yayılıb

15 Fevral 2023 , 10:08
Azərbaycan XİN-nin hesabatı BMT sənədi kimi yayılıb

Ermənistan tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hesabatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinin növbəti dəfə ifşa edilməsi məqsədilə hazırlanmış hesabatda bu ölkə tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi, onlardan Azərbaycana və xalqımıza qarşı etnik və mili nifrətin yayılması vasitəsi kimi istifadə edildiyinə dair ətraflı məlumat əks olunub.

Hesabatda açıq informasiya mənbələrindən əldə olunmuş məlumat, foto və video-materiallar, eləcə də məsələ ilə bağlı üçüncü tərəflərin hesabatlarında öz əksini tapmış faktlar əsasında Ermənistanın bir sıra beynəlxalq konvensiyaların müddəalarını kobud şəkildə pozduğu diqqətə çatdırılır, etnik və milli zəmində nifrəti aşılamaqla sülhə və təhlükəsizliyə təhdid törədən əməlləri ifşa edilir.

Sənəddə Ermənistanın post-münaqişə dövründə də uşaqların hərbi təlimlərə cəlb olunması, onlarda nifrət və düşmənçiliyin aşılanması, Azərbaycanla yeni müharibəyə hazırlanması fəaliyyətini davam etdirdiyi diqqətə çatdırılır.  

Bunun uşaq hüquqları və beynəlxalq humanitar hüquqla bərabər, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) kobud pozuntusu olduğu, xüsusilə Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli Ermənistanın öz ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar vasitəsilə irqi nifrəti təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair qərarından irəli gələn öhdəliyinə əməl etmədiyinin bariz nümunəsi olduğu vurğulanıb.

Sənəddə beynəlxalq cinayət əməllərinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması və bu ölkə tərəfindən uşaqların qanunsuz olaraq silahlı qüvvələrə və silahlı qruplara cəlb olunması, onlardan istifadə olunması fəaliyyətinə son qoyulmasının təmin edilməsi üçün BMT və onun ixtisaslaşmış təsisatlarına, müvafiq mandat daşıyıcılarına müraciət olunub.

BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmış hesabat ilə bu keçid vasitəsilə tanış olmaq olar.

OXŞAR XƏBƏRLƏR
Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur

Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur

Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib

Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 05:41

    Kamçatkada zəlzələ olub
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
  • Dünən
    23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • Dünən
    23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • Dünən
    22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • Dünən
    22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • Dünən
    21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
Menyu