Mikayıl Cabbarov Avstriyanın əmək və iqtisadiyyat naziri ilə görüşüb
Əsəd Abbaslı
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Vyanada keçirilən OPEC Beynəlxalq İnkişaf Fondu çərçivəsində Avstriyanın əmək və iqtisadiyyat naziri Volfqanq Hattmannsdorferlə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə M.Cabbarov özünün “X” hesabında yazıb.
“Biz Azərbaycanda mövcud olan investisiya imkanlarını qeyd etdik. İqtisadi və ticarət əlaqələri, enerji, sənaye inkişafı, texnologiya və digər strateji sektorlarda ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün potensial imkanları müzakirə etdik”, - o bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net