Cozep Borrel və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Nərmin Qocamanlı
Cozep Borrel və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel arasında telefon danışığı olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Borrel tviterdə bildirib.

"Dağıdıcı zəlzələlərlə bağlı Türkiyə xalqına dərin hüznlə başsağlığı vermək və həmrəyliyimi ifadə etmək üçün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışdım. Aİ yardım səylərini dəstəkləməyə və yenidənqurma prosesinə töhfə verməyə davam edəcək", - Aİ nümayəndəsi qeyd edib.

Digər xəbərlər