18 İyun 2025, 07:26
Avstraliya və Aİ müdafiə və təhlükəsizlik sazişi imzalayacaq
Avstraliya və Aİ müdafiə və təhlükəsizlik sazişi imzalayacaq şəkil
Avstraliya və Aİ müdafiə və təhlükəsizlik sazişi imzalayacaq

Avstraliya və Avropa İttifaqı təhlükəsizlik sahəsində tərəfdaşlığa dair danışıqlara başlamaq niyyətindədir.

Operativ Media xəbər verir ki, bu barədə Avstraliya hökumətinin başçısı Entoni Albanese G7 sammiti çərçivəsində Kanadada Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Antonio Kosta ilə görüşündən sonra yayımladığı bəyanatda bildirib.

“Biz gələcək təhlükəsizlik tərəfdaşlığı barədə razılığa gəldik. Bu razılaşma müdafiə sənayesi, kibertəhlükəsizlik və terrorizmlə mübarizə kimi sahələrdə əməkdaşlığımızı gücləndirmək və inkişaf etdirmək üçün əsas olacaq. Bundan əlavə, azad ticarət sazişi üzrə danışıqları da bərpa edirik”, – deyə Albanese “X” sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

Son xəbərlər
ABŞ-də qızılcaya yoluxanların sayı artıb
“Qarabağ”ın ÇL-dəki potensial rəqiblərinin ilk oyunu keçirilib
ABŞ BMT-nin Fələstin üzrə xüsusi məruzəçisinə sanksiya tətbiq edib
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salınıb - YENİLƏNİB
10 israilli girov azad ediləcək
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi tədarük edə bilər
Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb
Rusiya XİN müavini işdən çıxarılıb