Menyu

İlham Əliyevin Türkiyəyə səfər edəcəyi gözlənilir

Nərmin Qocamanlı
İlham Əliyevin Türkiyəyə səfər edəcəyi gözlənilir

"Azərbaycan Prezidenti cənab İlham Əliyev, Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2025-ci il iyunun 19-da cümə axşamı günü ölkəmizə səfər edəcək".

Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.

"Səfər çərçivəsində cənab Prezidentimiz və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2023-cü ilin fevral ayında ölkəmizdə baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adıyla inşa edilən yaşayış kompleksinin açılışı həyata keçiriləcək.

Səfər zamanı, Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə yanaşı, aktual regional proseslər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulur", - o, qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər