Ermənistan XİN: Türkiyə ilə diplomatik əlaqələri bərpa etmək istəyirik
Nərmin Qocamanlı
"Türkiyə ilə sərhədləri tamamilə açmaq, münasibətləri normallaşdırmaq və diplomatik əlaqələri bərpa etmək istəyirik".
"Operativ Media" xəbər verir ki, bunu Türkiyə XİN başçısı Ararat Mirzoyan Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı bildirib.
"Ermənistan dəhşətli zəlzələdən dərhal sonra Türkiyəyə komanda və humanitar yardım göndərmək qərarına gəlib. Mən çox şadam ki, Ermənistanın axtarış-xilasetmə qrupları öz tərəfdaşları ilə birlikdə insanların həyatını xilas ediblər. Simvolik olaraq tarixi hadisə baş verdi, şənbə günü 30 il bağlı olan sərhəd humanitar yardım üçün açıldı" - Mirzoyan qeyd edib.
Teqlər:
"Ermənistan XİN: Türkiyə ilə diplomatik əlaqələri bərpa etmək istəyirik"