Menyu

Günəş allergiyası zamanı nə etməli? - HƏKİM MƏSLƏHƏTİ

Nərmin Qocamanlı
Günəş allergiyası zamanı nə etməli? - HƏKİM MƏSLƏHƏTİ

Yay aylarının gəlişi ilə birlikdə insanlar təbiətə, çimərliklərə və açıq havada istirahətə daha çox üstünlük verirlər. Lakin günəş şüaları altında qalmaq, sağlamlıq üçün ciddi problemlər yarada bilər. Bunlardan ən çox rast gəlinənləri günəş yanığı və günəş allergiyasıdır. Hər iki hal insanın dəri sağlamlığına və ümumi rifahına mənfi təsir göstərir.

Günəş yanığı və allergiyası hansı əlamətlərinə görə fərqlənir?

Mövzu ilə bağlı dermotoloq Pərviz Dadaşov Operativ Media-ya açıqlama verib.

Həkim bildirir ki, günəş yanığı və allergiyası bir-birinə bənzəsələr də, onlar arasında fərqlər mövcuddur:

 

Günəş allergiyası və günəş yanığı arasındakı fərqlər

 

Günəş allergiyası ilə günəş yanığı arasında əsas fərq onların yaranma səbəbi və təsir müddətidir. Günəş allergiyası zamanı dəri, günəşə məruz qalma müddəti qısa olsa belə, dərhal reaksiya verir. Dəridə qızartı, şişlik, qaşınma və yanma hissi meydana gəlir.

Günəş yanığı isə adətən, uzun müddət birbaşa günəş şüaları altında qalmaq nəticəsində yaranır. Bu zaman dəridə qızartı baş verir, daha sonra isə suluqlar, qabıqlar və bəzən yaralar əmələ gələ bilər. Yanıq sağaldıqdan sonra dəridə rəng dəyişiklikləri və ləkələr qala bilər. Halbuki, günəş allergiyası zamanı dəri əvvəlki vəziyyətinə qayıdır və iz saxlamır.

Bu səbəbdən, yay aylarında günəş allergiyası olan şəxslərin günəş şüalarından maksimum dərəcədə qorunmaları vacibdir.

 

Günəş allergiyası zamanı nə etməli?

 

1. Günəşlə təmasdan uzaq durun
Allergiya əlamətləri başladıqda dərhal günəşdən uzaqlaşmaq, kölgəyə keçmək və ya qapalı məkanda qalmaq tövsiyə olunur.

2. Soyuq kompres tətbiq edin
Qaşınan və ya yanan nahiyəyə soyuq, nəmli dəsmal və ya kompres qoymaq dərini sakitləşdirə və şişkinliyi azalda bilər.

3. Antihistamin dərmanlardan istifadə edin
Qaşınma və səpkiləri azaltmaq üçün həkim məsləhəti ilə antihistamin tərkibli dərmanlar qəbul oluna bilər.

4. Kortikosteroidli kremlərdən istifadə edin
Dəridəki iltihabı azaltmaq üçün az dozalı steroid tərkibli kremlərdən istifadə edilə bilər. Bu yalnız həkim tövsiyəsi ilə edilməlidir.

5. Dərini qıcıqlandırmamaq
Qaşımaq, alkoqollu losyonlar və ətirli sabunlar istifadə etmək dərinin vəziyyətini daha da pisləşdirə bilər. Bunun əvəzinə aloe vera kimi təbii və sakitləşdirici vasitələrdən istifadə edilməlidir.

6. Bol maye qəbul edin
Günəş şüalarının təsiri ilə bədən susuz qala bilər. Bol su içmək dərinin bərpasını və ümumi sağlamlığı dəstəkləyir.

 

Günəşdən qorunma yolları

 

  • Günəşə çıxmazdan əvvəl SPF 30 və ya daha yüksək qoruyucu faktorlu günəş kremlərindən istifadə olunmalıdır.

  • Günün ən isti saatlarında (saat 11:00–16:00 arası) birbaşa günəş şüalarından uzaq qalmaq lazımdır.

  • Geniş kənarlı papaq, gün eynəkləri və uzunqollu, yüngül geyimlər geyinmək məsləhətdir.

  • Həssas dərili şəxslər həkim məsləhəti ilə günəş allergiyasına qarşı profilaktik dərmanlardan istifadə edə bilərlər.

Teqlər:

"G\u00fcn\u0259\u015f allergiyas\u0131 zaman\u0131 n\u0259 etm\u0259li? - H\u018fK\u0130M M\u018fSL\u018fH\u018fT\u0130"

Əlaqəli Xəbərlər