Menyu

İstanbulda Azərbaycan və Özbəkistan XİN rəhbərləri arasında görüş olub - YENİLƏNİB

Nərmin Qocamanlı
İstanbulda Azərbaycan və Özbəkistan XİN rəhbərləri arasında görüş olub - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 21-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən 51-ci sessiyası çərçivəsində Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Özbəkistan müttəfiqliyinin siyasi, iqtisadi, nəqliyyat-kommunikasiyalar, humanitar və s. aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.

Regionda baş verən son inkişaflardan danışılıb, Yaxın Şərq bölgəsində artan gərginlik, xüsusilə İsrail-İran qarşıdurmasının narahatlıq doğurduğu diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

15:30

Türkiyənin İstanbul şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov arasında görüş olub.

Operativ Media xəbər verir ki, bu barədə Ceyhun Bayramov öz "X" hesabında paylaşım edib.

Teqlər:

"\u0130stanbulda Az\u0259rbaycan v\u0259 \u00d6zb\u0259kistan X\u0130N r\u0259hb\u0259rl\u0259ri aras\u0131nda g\u00f6r\u00fc\u015f olub - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər