Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Əsəd Abbaslı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında iştirakı çərçivəsində Banqladeşin Xarici Əlaqələr üzrə müşaviri Md Touhid Hossain ilə görüşüb.
Operativ Media xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə “X”dəki hesabında yazıb.
“Biz ticarət, humanitar təşəbbüslər sahəsində Azərbaycan-Banqladeş əməkdaşlığının gücləndirilməsini müzakirə etdik və regional təhlükəsizlik çağırışları barədə fikir mübadiləsi apardıq”, - nazir vurğulayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma