Rusiya prezidenti Vladimir Putin Kremldə İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd edək ki, İranın xarici işlər naziri iyunun 22-də axşam Moskvaya gəlib. İRNA-nın məlumatına görə, Araqçi Moskvada prezident və digər yüksək rütbəli Rusiya rəsmiləri ilə ABŞ və İsrailin İrana zərbələrindən sonra Yaxın Şərqdə və dünyada baş verən hadisələrlə bağlı danışıqlar aparacaq.
***
11:04
Rusiya Prezidenti Vladimir Putin bu gün İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşəcək.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.