Almaniya vətəndaşları İrandan Azərbaycana təxliyə edilib
Əsəd Abbaslı
Səfirliyimizin əməkdaşları bu gün yenidən “Astara” sərhəd-buraxılış məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunan Almaniya vətəndaşlarına dəstək göstəriblər.
Operativ Media xəbər verir ki, bu barədə Almaniyanın Bakıdakı Səfirliyinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, onlarla bərabər, həm də Avropa İttifaqına daxil olan digər ölkələrin vətəndaşları da İrandan Azərbaycana gətirilib.
"Azərbaycan hakimiyyətinin Bakıda və sərhəddə göstərdiyi bütün dəstəyə görə minnətdarıq", - qeyd olunub.