Menyu

Azərbaycan Prezidenti: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir

Nərmin Qocamanlı
Azərbaycan Prezidenti: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır. 

Operativ Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında səsləndirib. 

Bu gün Azərbaycan qazının kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edildiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Məhz bu göstəriciyə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir”.

Teqlər:

"Az\u0259rbaycan Prezidenti: Bir \u00e7ox \u00f6lk\u0259l\u0259r Az\u0259rbaycan qaz\u0131ndan istifad\u0259 edib \u00f6z enerji t\u0259hl\u00fck\u0259sizliyini t\u0259min edir"

Əlaqəli Xəbərlər