Menyu

Kallas Aİ vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Əsəd Abbaslı
Kallas Aİ vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Avropa İttifaqı (Aİ) qurum vətəndaşlarının İsrail və İran arasında münaqişənin eskalasiya zonasından çıxarılmasına kömək etdiyinə görə Azərbaycana minnətdarlığını bildirib.

Operativ Media "Report"a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas NATO-nun Haaqa sammiti çərçivəsində azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bölgədə vəziyyət gərginləşəndən bəri Azərbaycanın xarici işlər naziri ilə əlaqə saxlayıram. Mən də diplomatlarımızın və vətəndaşlarımızın Azərbaycan üzərindən təxliyəsinə görə ona təşəkkür etdim", - Kallas söyləyib.

O, həmçinin azərbaycanlı həmkarı ilə İrandakı müharibənin Azərbaycan üçün mümkün nəticələrini müzakirə etdiyini qeyd edib.

"Mən başqa şeylərlə yanaşı, İrandan Azərbaycan istiqamətində gələn miqrasiya axınını nəzərdə tuturam", - Avropa diplomatiyasının rəhbəri qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər