Menyu

ABŞ-nin İsraildəki səfirliyinin fəaliyyəti bərpa edilir

Nərmin Qocamanlı
ABŞ-nin İsraildəki səfirliyinin fəaliyyəti bərpa edilir

İran və İsrail dövləti arasında atəşkəs əldə edildikdən sonra ABŞ-nin İsraildəki səfirliyi iyunun 25-də fəaliyyətini bərpa edəcək.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mike Huckabee X-də yazıb.

"ABŞ səfirliyi iyunun 25-də normal fəaliyyətinə davam edəcək", - o, qeyd edib.

 

 

 

İyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirdi. Birləşmiş Ştatlar münaqişənin gərginləşməsindən doqquz gün sonra daxil oldu: Amerika qüvvələri iyunun 22-nə keçən gecə İranın üç nüvə obyektinə (Fordo, Natanz və İsfahanda) hücum etdi. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük hərbi hava bazası olan Qətərdəki Əl-Udeid aviabazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, itki yoxdur və ciddi ziyan dəyməyib. Trampın iyunun 23-də elan etdiyi kimi, Əl-Udeid bazasının atəşə tutulmasından qısa müddət sonra İsrail və İran tam atəşkəsə və hərbi münaqişəni mərhələli şəkildə dayandırmağa razılaşıblar. İsrail rəsmiləri ABŞ-ın təklifini qəbul etdiklərini təsdiqləyib və bütün tapşırıqlarının yerinə yetirildiyini bildiriblər. İran İsrail üzərində qələbə qazandıqlarını bəyan edərək, onu birtərəfli qaydada təcavüzü dayandırmağa məcbur edib.

Teqlər:

"AB\u015e-nin \u0130sraild\u0259ki s\u0259firliyinin f\u0259aliyy\u0259ti b\u0259rpa edilir"

Əlaqəli Xəbərlər