Menyu

Peru Prezidenti İlham Əliyevi təbrik edib

Nərmin Qocamanlı
Peru Prezidenti İlham Əliyevi təbrik edib

Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Operativ Media xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə Peru Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, mən gələn il diplomatik münasibətlərinin 30 illiyini qeyd edəcək ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu məmnunluqla bildirirəm.

Peru Respublikasının Azərbaycan Respublikası ilə qarşılıqlı anlaşmaya, hörmətə və xalqlarımızın maraqlarına əsaslanan hərtərəfli əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiq edirəm.

Əlamətdar bayram münasibətilə Sizə bir daha təbriklərimi çatdırır, ən yüksək ehtiramımı ifadə edirəm".

 

Teqlər:

"Peru Prezidenti \u0130lham \u018fliyevi t\u0259brik edib"

Əlaqəli Xəbərlər