Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana baş verən terror hadisəsi ilə bağlı başsağlığı verib.
Operativ Media xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında məlumat verilib.
Məlumatda deyilir: "İyunun 28-də Şimali Vəziristan bölgəsində azı 13 hərbçinin həyatına son qoyan, mülki şəxslər də daxil olmaqla çoxlu sayda insanın yaralanmasına səbəb olan dəhşətli terror aktından sonra qardaş Pakistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz bu qorxaq terror aktını qətiyyətlə pisləyir və sülh və təhlükəsizliyə ciddi təhdid yaradan terrorizmin bütün formalarına qarşı sarsılmaz mövqeyimizi bir daha bəyan edirik".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net