Menyu

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gəlib

Nərmin Qocamanlı
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gəlib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak etmək üçün iyunun 30-da Özbəkistan Respublikasına işgüzar səfərə gəlib.

Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, Ürgənc şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin spikeri Sahibə Qafarova Özbəkistanın Xivə şəhərində keçiriləcək Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda iştirak edəcək.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər