01 İyul 2025, 23:25
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq şəkil
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A.Bağırov Rusiyada həbs olunan sahibkarlar, diaspora rəsmiləri ilə bağlı bildirib ki, Şahin Şixlinskini uzun illərdir şəxsən tanıyır, özü və oğlu Rusiyada təcrübəli vəkillərdir:

"Onların bir tək "günahı" son günlər qanunsuz həbs olunmuş diaspora üzvlərinin hüquqlarını müdafiə etmələridir. Vəhşicəsinə döyülmüş soydaşlarımızın məhkəmə prosesində Şıxlinskilər müdafiəçi qismində iştirak ediblər və məhz buna görə onlara qarşı zorakılıq tətbiq edilir, vəkil olan ata və oğul qatı cinayətkarlar kimi hər kəsin gözü qarşısında təhqir olunur, döyülürlər. Ş.Şıxlinski, həmçinin tanınmış iş adamıdır, diaspor rəhbəridir. Artıq vəkillər, hüquqşünaslar peşə fəaliyyətlərinə görə qanunsuz həbs olunurlar, onlara qarşı alçaldıcı şəkildə qeyri-adekvat güc tətbiq olunur".

Son xəbərlər
Klublararası DÇ: İlk finalçı bəlli oldu
Azərbaycan OPEC-in Beynəlxalq Seminarında təmsil olunur
Ukrayna 20 ölkədə səfirlərini dəyişəcək
Paşinyan Qazaxıstana hərbi attaşe təyin edib
Bolqarıstan 2026-cı ildən avroya keçir
Gədəbəydə qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB
Pakistan XİN Azərbaycana təşəkkür edib - YENİLƏNİB
ABŞ Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir