Menyu

Baş katib: 6-cı ECO biznes-forumu regional əməkdaşlığın arxitekturasında mühüm sütunlardan biridir

Nərmin Qocamanlı
Baş katib: 6-cı ECO biznes-forumu regional əməkdaşlığın arxitekturasında mühüm sütunlardan biridir

ECO Zirvə toplantılarının ayrılmaz hissəsinə çevrilmiş 6-cı ECO biznes-forumu regional əməkdaşlığın ümumi arxitekturasında mühüm sütunlardan biridir. Bu forum sadəcə siyasət müzakirələri üçün platforma deyil – bu, fəaliyyətə keçid üçün bir vasitədir.

Operativ Media xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Əsəd Məcid Xan Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib.

“Forumda region ölkələrinin liderləri, ticarət-sənaye palataları və ECO Ticarət və Sənaye Palatasının nümayəndələrinin fəal iştirakı bizi xüsusilə ruhlandırır. Həmçinin bu forum hökumətlərlə özəl sektor arasında dərin və məzmunlu dialoqu təşviq etməyə, aparılan müzakirələri real tərəfdaşlıqlara və iqtisadi baxımdan səmərəli layihələrə çevirməyə xidmət edir", - deyə Baş katib diqqətə çatdırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər