Menyu

Prezident İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb

Prezident İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb.

Operativ Media xəbər verir ki, dövlətimizin başçısına kanat yolunun texniki göstəriciləri barədə məlumat verildi.

Bildirildi ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.

Qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasıda mühüm rol oynayacaq.

Teqlər:

"Prezident \u0130lham \u018fliyev Xank\u0259ndi-\u015eu\u015fa kanat yolunun in\u015fas\u0131 \u00fc\u00e7\u00fcn se\u00e7ilmi\u015f \u0259raziy\u0259 bax\u0131b"

Əlaqəli Xəbərlər